Qelebə.az / Azərbaycan klubunun yeni mövsüm ərəfəsində təqdimat mərasimi keçiriləcək

Azərbaycan klubunun yeni mövsüm ərəfəsində təqdimat mərasimi keçiriləcək

19-10-2023, 10:56

"NTD-İndiqo" basketbol komandasının yeni mövsüm ərəfəsində təqdimat mərasimi keçiriləcək.

“QELEBE.AZ” xəbər verir ki, Xaçmaz klubu bununla bağlı oktyabrın 20-də Azərbaycan Texniki Universitetinin idman zalında tədbir təşkil edəcək.

Saat 16:00-da başlayacaq mərasimdə klubun yeni formaları, transfer etdiyi basketbolçular və qarşıdakı planlar idman ictimaiyyətinə təqdim olunacaq.

Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünə oktyabrın 22-də start veriləcək.

Geri qayıt