Qelebə.az / "Kür"ün həndbolçusu: "Doğma meydanda azda olsa, sözümüzü deyə bildik"

"Kür"ün həndbolçusu: "Doğma meydanda azda olsa, sözümüzü deyə bildik"

21-10-2023, 20:02

"Doğma meydanda az da olsa, sözümüzü deyə bildik".

"Report"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kişi həndbolçulardan ibarət "Kür" komandasının kapitanı Kamil Məmmədzadə Xorvatiyanın "Sesvete" klubuna 24:34 hesabı ilə uduzduqları Avropa Kubokunun cavab oyunu barədə danışarkən deyib.

Oyunçu komandadan çox razı olduqlarını bildirib: "Çünki cəmi iki ay əvvəl yığışmışıq. Bu müddətdə kollektiv bir-birinə uyğunlaşmağa çalışır. Bu rəqiblə ilk görüşü Zaqrebdə keçirdik və məğlub olduq. Bəzi texniki problemlərə görə, səfərə tam heyətlə gedə bilməmişdik".

Məmmədzadə rəqibin uzun müddət avrokuboklarda çıxış etdiyini söyləyib: "Çox yaxşı komandadır. Fikrimcə, iki aylıq hazırlığa əsasən, çox yaxşı nəticə göstərə bildik. Qarşıda bizi Azərbaycan çempionatı gözləyir. Liqada öz sözümüzü deyəcəyik".

Geri qayıt