Qelebə.az / Niderland millisinin sabiq hücumçusu dünyanın 3 ən yaxşı futbolçusunun adını açıqlayıb

Niderland millisinin sabiq hücumçusu dünyanın 3 ən yaxşı futbolçusunun adını açıqlayıb

25-10-2023, 13:54

Niderland millisinin sabiq hücumçusu Robin van Persi hazırda karyerasını davam etdirən 3 ən yaxşı futbolçunun adını açıqlayıb.

“QELEBE.AZ” ESPN-ə istinadən xəbər verir ki, ötənlərin ulduz oyunçusu Kilian Mbappe, Lionel Messi və Erlinq Holannı fərqləndirib.

Qeyd edək ki, Robin van Persi futbolçu karyerasını 2019-cu ildə bitirib. O, "Feyenoord", "Fənərbağça", "Mançester Yunayted" və "Arsenal"da çıxış edib. Niderland millisinin heyətində keçirdiyi 102 matçda 50 qol vurub.

Geri qayıt