Türkiyənin "Beşiktaş" klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, İstanbul təmsilçisi III turda Norveçdə “Budye-Qlimt"in qonağı olub.
Qarşılaşma "qara qartallar"ın 1:3 hesablı məğlubiyyəti ilə bitib.
Türkiyə klubu 3 oyundan sonra D qrupunda 1 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.