Qelebə.az / “Qarabağ”a vurulan qol ən yaxşı seçilə bilər

“Qarabağ”a vurulan qol ən yaxşı seçilə bilər

27-10-2023, 11:39

Almaniyanın “Bayer 04” klubunun futbolçusu Viktor Bonifasenin UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qapısına vurduğu qol III turun ən yaxşısı seçilə bilər.

“Report”un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, nigeriyalı hücumçunun Leverkuzendə keçirilən görüşün 35-ci dəqiqəsindəki qolu bu mükafata 4 namizəddən biridir.

Həmçinin Lukas Paketa (“Vest Hem”, İngiltərə), Maqnus Volf Eykrem (“Molde”, Norveç) və Eduardo Bovenin (“Roma”, İtaliya) vurduqları qollar da fərqləndirilib. Həftənin qolu UEFA-nın rəsmi saytında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, Leverkuzendə keçirilən “Bayer 04” - “Qarabağ” oyunu meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Geri qayıt