Qelebə.az / Azərbaycanın U-17 millisi seçmə mərhələdə son oyununu keçirib

Azərbaycanın U-17 millisi seçmə mərhələdə son oyununu keçirib

27-10-2023, 18:14

17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan millisi Avropa çemponatının seçmə mərhələsində son oyununu keçirib.

"Report"un məlumatına görə, Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandasına qarşı matç 1:1 hesabı ilə nəticələnib.

Millinin qolunu 51-ci dəqiqədə Tuncay Əhmədov vurub.

Qeyd edək ki, U-17 daha əvvəl Serbiya yığmasına 1:5, Sloveniyaya isə 0:3 hesabı ilə uduzub.

Geri qayıt