Qelebə.az / ABL: Debütant mövsümə qələbə ilə başlayıb

ABL: Debütant mövsümə qələbə ilə başlayıb

27-10-2023, 21:45

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ilk turu çərçivəsində növbəti oyun baş tutub.

"QELEBE.AZ"un məlumatına görə, paytaxt klubu "Neftçi" çempionatın debütantı "Xəzri" ilə qarşılaşıb.

Oyuna üstün başlayan "Xəzri" yekunda 80:73 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: "Neftçi"dən Ceyms Havtorn (18 xal, 5 ribaund), "Xəzri"dən Amil Həmzəyev (21 xal, 8 ribaund) olublar.

Qeyd edək ki, turun "Xırdalan" - "Şəki", NTD-INDIGO - "Sumqayıt", "Gəncə" - "Sabah" matçları oktyabrın 28-29-da baş tutacaq.

Geri qayıt