Qelebə.az / Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə inamlı qələbə ilə başlayıb

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə inamlı qələbə ilə başlayıb

29-10-2023, 19:57

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, I turun sonuncu matçında "Sabah" "Gəncə" ilə üz-üzə gəlib.

Qarşılaşma paytaxt təmsilçisinin 115:74 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Cəlilabad" "Sərhədçi"ni (86:76), "Xəzri" "Neftçi"ni (80:73), "NTD-İndiqo" "Sumqayıt"ı (97:79), "Xırdalan" "Şəki"ni (102:78) məğlub edib.

Geri qayıt