Qelebə.az / Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gəlir

Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gəlir

3-11-2023, 13:56

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiç, vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Bakıya səfər edəcəklər.

Azərbaycan Voleybol Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, funksionerlər noyabrın 5-də paytaxta gələcəklər.

Qonaqlar noyabrın 6-da baş tutacaq Azərbaycan çempionatının açılış mərasiminə qatılacaqlar və Yüksək Liqanın ilk qarşılaşmasını izləyəcəklər.

Səfər zamanı bir neçə vacib görüşün keçirilməsi də nəzərdə tutulub.

Geri qayıt