Qelebə.az / Premyer Liqa: "Zirə" "Sabah"a qalib gəlib

Premyer Liqa: "Zirə" "Sabah"a qalib gəlib

5-11-2023, 20:55

Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, son matçda paytaxt derbisi baş tutub.

"Zirə" "Sabah"ın qonağı olub. Qarşılaşmanın taleyini 1 qol həll edib. Rüstəm Əhmədzadənin 90+1-ci dəqiqədə vurduğu qol "Zirə"yə 1:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 24-ə çatdıran Rəşad Sadıqovun yetirmələri liderliyi qoruyublar. "Sabah" isə 13 xalla 8-ci pillədə qərarlaşıb.

Geri qayıt