Qelebə.az / KİV: “Əl-Hilal” vaxtilə Messiyə ildə 1 milyard avro təklif edib

KİV: “Əl-Hilal” vaxtilə Messiyə ildə 1 milyard avro təklif edib

7-11-2023, 08:33

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu argentinalı hücumçu Lionel Messiyə ildə 1 milyard avro təklif edib.

"Report"un "Le10sport"a istinadən verdiyi məlumata görə, Səudiyyə klubunun nümayəndələri Messi hələ PSJ-də (Fransa) çıxış etdiyi vaxt onunla görüşüb, lakin argentinalı heç vaxt Səudiyyə Ərəbistanına getmək istəməyib. Yay "transfer pəncərəsi" zamanı o, "İnter Mayami" ilə müqavilə imzalayıb.

Messi "Barselona"da 2003-2021-ci illərdə çıxış edib. Hər iki tərəfin istəyinə baxmayaraq, İspaniya çempionatının rəhbərliyi tərəfindən qoyulan maliyyə məhdudiyyətləri səbəbindən yeni müqavilə bağlanmayıb və argentinalı azad agentə çevrilib.

O, klubda qalmaq üçün maaşının yarısından imtina etməyə hazır olduğunu etiraf edib. Messi İspaniya komandasının heyətində 10 dəfə çempionluq, 7 dəfə ölkə kuboku və 4 dəfə Çempionlar Liqasının qalibi olub.

Hücumçu iki il PSJ klubunda oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk dəfə Liqa Kubokunu qazanıb.

Geri qayıt