Qelebə.az / Kubok oyununun penalti seriyasında qapılara 44 zərbə vurulub

Kubok oyununun penalti seriyasında qapılara 44 zərbə vurulub

9-11-2023, 15:13

Şimali İrlandiya Liqa Kuboku oyununun penalti seriyasında qapılara 44 zərbə vurulub.

“QELEBE.AZ” xəbər verir ki, bu, 1/8 final mərhələsinin “Ballimena” – “Kolerayn” görüşündə baş verib.

Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda penaltilər seriyasına ehtiyac duyulub. Burada isə komandalar hərəyə 22 dəfə zərbə vurublar. Yekunda “Kolerayn” 18:17 hesablı qələbə qazanaraq, mərhələ adlayıb.

Bu, futbol tarixinin ən uzun üçüncü penalti seriyası olub. Keçmişdə Namibiya Kubokunun “Pelas” – “Siviks” görüşündə qalibi müəyyənləşdirmək üçün 48, İngiltərənin aşağı divizionunun “Vaşinqton” – “Bedlinqton” matçında isə 54 penalti zərbəsinə ehtiyac duyulub.

Geri qayıt