Qelebə.az / Milli Gimnastika Arenasında beynəlxalq “Ocaq kuboku” turnirinə start verilib

Milli Gimnastika Arenasında beynəlxalq “Ocaq kuboku” turnirinə start verilib

10-11-2023, 11:20

“Ocaq Sport” klubunun təşkilatçılığı ilə Milli Gimnastika Arenasında bədii gimnastika üzrə II beynəlxalq “Ocaq kuboku” turnirinə start verilib.

Azərbaycan Gimnastika Federasiyasından “QELEBE.AZ”a verilən məlumata görə, noyabrın 12-dək davam edəcək yarışda 44 klubdan 325 fərdi gimnast və 21 qrup komandası gücünü sınayacaq.

2008-2017-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Ocaq Sport” klubunun yaradılmasında məqsəd gimnastika növlərini inkişaf və təbliğ etdirmək, həmçinin yığmalar üçün yüksək səviyyəli idmançılar hazırlamaqdan ibarətdir.

Geri qayıt