Qelebə.az / AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusunu cəzalandırıb

AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusunu cəzalandırıb

10-11-2023, 14:18

AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusu Vladislav Kulaçı cəzalandırıb.

“QELEBE.AZ” xəbər verir ki, buna ukraynalı futbolçunun təcavüzkar davranışı səbəb olub.

30 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XII turunun “Sabah” – “Zirə” görüşünün 90-cı dəqiqəsində təcavüzkar davranışa yol verdiyinə görə 4 oyun cəzalanıb. Paytaxt klubu isə 3000 manat cərimələnib.

Qeyd edək ki, bu qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Geri qayıt