Qelebə.az / Azərbaycanın U-21 millisi yoxlama görüşündə qələbə qazanıb

Azərbaycanın U-21 millisi yoxlama görüşündə qələbə qazanıb

17-11-2023, 19:56

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə qələbə qazanıb.

“QELEBE.AZ”un məlumatına görə, Samir Əliyevin kollektivi “Dalğa Arena”da baş tutan oyunda Latviyadan üstün olub.

Camal Cəfərovun 32-ci dəqiqədə vurduğu qol matçda yeganə olub və komandamız rəqibini 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, U-21 millimiz noyabrın 21-də Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşacaq. İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.

Geri qayıt