Qelebə.az / Azərbaycan millisi Belçikada

Azərbaycan millisi Belçikada

17-11-2023, 22:45

AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi Brüsselə çatıb.

"QELEBE.AZ"un Belçikaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Hava Yollarına məxsus təyyarə 6 saatlıq uçuşun ardından hava limanına enib.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Geri qayıt