Qelebə.az / Fransa səfiri Mahmudovla Mbappenin qollarını müqayisə edib

Fransa səfiri Mahmudovla Mbappenin qollarını müqayisə edib

19-11-2023, 17:30

Fransanın Azərbaycandakı səfiri Ann Buayon futbol üzrə Azərbaycan milli komandasının üzvü Emin Mahmudovla Fransanın futbolçusu Kilian Mbappenin qollarını müqayisə edib.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə diplomat UEFA AVRO-2024-ün sosial şəbəkə səhifəsindəki “Ən yaxşı qol” səsverməsinə münasibət bildirərkən yazıb.

“Seçmək çətindir! Mahmudovun qolu Mbappenin qoluna çox bənzəyir!”, – Fransa nümayəndəsi qeyd edib.

Qeyd edək ki, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov FIFA reytinqində 23-cü pillədəki İsveçə, PSJ-nin hücumçu Kilian Mbappe sözügedən reytinqdə aşağıdan üçüncü – 198-ci pillədə qərarlaşan Cəbəllüttariqə qol vurub. Hər iki oyunçu mərkəzdən dəqiq zərbə endirərək fərqlənib.

Geri qayıt