"ABŞ-də cüdo məşqçisi kimi fəaliyyət göstərirəm".
Bunu "QELEBE.AZ"a açıqlamasında usta cüdoçular arasında ABŞ-də keçirilmiş Dallas Open və Prezident Kuboku yarışında qızıl medal qazanmış azərbaycanlı Zaur Cəlil deyib.
Hər iki yarışda çempion olan veteran idmançı daha əvvəl də bir neçə turnirdə uğurlu çıxış etdiyini söyləyib: "2006-cı ildən ABŞ-dəyəm. Hazırda Vaşinqtonda yaşayıram. İşlərimlə bağlı Bakıya gəlmişəm. Hərbi xidməti bitirəndən sonra bu ölkəyə getmişdim və orada müxtəlif yarışlara qatılmışam. 15 il Minnesotada yaşamışam və 14 dəfə bu ştatda çempion olmuşam. Üç dəfə isə ABŞ çempionatının qızıl medalını əldə etmişəm".
Zaur Cəlil ABŞ-də polislərə də dəsr keçdiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, Zaur Cəlil Dallas Open və Prezident Kuboku yarışında 81 kq-da bütün rəqiblərinə qalib gələrək çempion olub.