Qelebə.az / Bakıda beynəlxalq futzal turniri keçiriləcək

Bakıda beynəlxalq futzal turniri keçiriləcək

24-11-2023, 18:39

AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar beynəlxalq futzal turniri keçiriləcək.

“QELEBE.AZ” xəbər verir ki, mükafatlar uğrunda Azərbaycan, Belarus və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaqlar.

Yarış noyabrın 26-30-u aralığında Bakı İdman Sarayında təşkil olunacaq. Turnirin təqvimi və oyunları idarə edəcək hakimlər də müəyyənləşib.

Azərbaycan – Belarus

26 noyabr. Bakı İdman Sarayı. Saat 17:00

Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Hidayət Feyzullayev, Anar Fərəcov.

Azərbaycan – Mərakeş

28 noyabr. Bakı İdman Sarayı. Saat 17:00

Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Məmmədəli Kərimov, Hikmət Qafarlı.

Mərakeş – Belarus

30 noyabr. Bakı İdman Sarayı. Saat 17:00

Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Nahid Xasıyev, Ramil Namazov.

Geri qayıt