Qelebə.az / La Liqa: “Real” darmadağınla zirvəyə yüksəlib

La Liqa: “Real” darmadağınla zirvəyə yüksəlib

27-11-2023, 02:39

İspaniya La Liqasının XIV turunda “Real” səfərdə “Kadis”ə qalib gəlib.

"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə nəticələnib.

14-cü dəqiqədə Rodriqo hesabı açıb. O, 64-cü dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Oyunda son nöqtəni isə 74-cü dəqiqədə J.Bellinqem qoyub.

Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran Madrid təmsilçisi liderliyə yüksəlib. “Kadis” isə 10 xalla 16-cı pillədə qərarlaşıb.

Geri qayıt