Qelebə.az / Azərbaycanlı nümayəndə Avropa Həndbol Federasiyasından növbəti təyinat alıb

Azərbaycanlı nümayəndə Avropa Həndbol Federasiyasından növbəti təyinat alıb

30-11-2023, 17:50

Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov yeni təyinat alıb.

"QELEBE.AZ" xəbər verir ki, beynəlxalq dərəcəli nümayəndə kişi həndbolçulardan ibarət Avropa Kubokunun “Beşiktaş” (Türkiyə) – “Sesvete” (Xorvatiya) matçında iş başında olacaq.

O, həmin görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarışın 3-cü mərhələsinin cavab oyunu dekabrın 3-də İstanbulda keçiriləcək.

Geri qayıt