Qelebə.az / Azad agent statusu daşıyan ən bahalı futbolçuların reytinqi dərc edilib

Azad agent statusu daşıyan ən bahalı futbolçuların reytinqi dərc edilib

8-12-2023, 12:24

“Transfermarkt” azad agent statusu daşıyan ən bahalı futbolçuların reytinqini dərc edib.

“QELEBE.AZ” xəbər verir ki, siyahıya İngiltərənin “Mançester Yunayted” klubunun sabiq qapıçısı David De Xea başçılıq edir.

Onun transfer qiyməti 8 milyon avro dəyərində göstərilir. İkinci yerdə “Nottingem Forest”dən ayrılan Cessi Linqard qərarlaşıb.

Fransanın “Renn” klubunun sabiq üzvü Şeka isə ilk “üçlüy”ü qapayıb.

Azad agent statusu daşıyan ən bahalı 10 futbolçu:

1. David De Xea (son klubu “Mançester Yunayted”, İngiltərə - 8 milyon avro)

2. Cessi Linqard (son klubu “Nottingham Forest”, İngiltərə - 6 milyon)

3. Şeka (son klubu “Renn”, Fransa - 5 milyon)

4. Ənvər əl-Qazi (son klubu “Maynts”, Almaniya - 3 milyon)

5. Elder Koşta (son klubu “Lids”, İngiltərə - 2,8 milyon)

6. Xose Kampanya (son klubu “Levante”, İspaniya - 2,5 milyon)

7-9. Nemanya Yoviç (son klubu “Partizan”, Serbiya - 2 milyon)

7-9. Suleyman Dumbia (son klubu “Anje”, Fransa - 2 milyon)

7-9. Santi Mina (son klubu “Selta”, İspaniya - 2 milyon)

10. Darko Velkovski (son klubu “Əl-İttifaq”, Səudiyyə Ərəbistanı - 1,8 milyon)

Geri qayıt