Qelebə.az / Badminton üzrə kişilərdən ibarət Azərbaycan millisi təsnifat mərhələsinin pley-offuna yüksəlib

Badminton üzrə kişilərdən ibarət Azərbaycan millisi təsnifat mərhələsinin pley-offuna yüksəlib

9-12-2023, 19:55

Badminton üzrə kişilərdən ibarət Azərbaycan millisi Çex Respublikasının paytaxtı Praqada keçirilən Avropa Çempionatının təsnifat mərhələsində qrupda ikinci oyununa çıxıb.

"Report"un məlumatına görə, yığma İrlandiya kollektivinə 3:2 hesabı ilə qalib gələrək pley-offa yüksəlib.

Komandamızın sabah keçiriləcək pley-off oyununda rəqibi Çex Respublikası-Avstriya matçının qalibi olacaq.

Geri qayıt