Qelebə.az / Azərbaycan çempionatı: “Zirə” ardıcıl ikinci qələbəsini qazanıb

Azərbaycan çempionatı: “Zirə” ardıcıl ikinci qələbəsini qazanıb

14-12-2023, 09:43

Minifutbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub.

“Report”un məlumatına görə, ikinci oyun günündə daha 4 görüş keçirilib.

Çempionluğa iddialı “Zirə” ardıcıl ikinci qələbəsini qazanıb. Adı çəkilən komanda “Veteran”ı minimal fərqlə üstələyib.

Azərbaycan millisinin sabiq futbolçularından təşkil olunan “İnter” isə “Turan”la bərabərə qalıb.

Azərbaycan çempionatı

II tur

“Odlar Yurdu” – “Baku Fire” 6:1

“Veteran” – “Zirə” 1:2

“Turan” – “İnter” 3:3

“Galaxy” – “Sumqayıt” 3:0

Qeyd edək ki, turun digər oyunları dekabrın 12-də keçirilib.

Geri qayıt