Qelebə.az / “Neftçi”dən ayrılan futbolçu Rumıniya klubuna keçə bilər

“Neftçi”dən ayrılan futbolçu Rumıniya klubuna keçə bilər

19-12-2023, 10:37

“Neftçi”dən ayrılan Kenni Sayef Rumıniya klubu FKSB-yə keçə bilər.

“Report”un “prosport.ro” saytına istinadən məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi ilə danışıqlara start verilib.

FKSB-nin sahibi Cici Bekali israilli oyunçunun azad agent statusu almasından faydalanmaq istəyir. Sayef 700 min avro dəyərində qiymətləndirilir.

Qeyd edək ki, “Neftçi” dekabrın 14-də Kenni Sayeflə müqaviləyə xitam verildiyini açıqlayıb.

Geri qayıt