Qelebə.az / Azərbaycan Yüksək Liqası: 2023-cü ilin son oyununda “Murov Az Terminal” qələbə qazanıb

Azərbaycan Yüksək Liqası: 2023-cü ilin son oyununda “Murov Az Terminal” qələbə qazanıb

19-12-2023, 17:17

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2023-cü ilin son oyunu keçirilib.

“Report”un məlumatına görə, çempionatın VII turunun axırıncı matçında “Milli Aviasiya Akademiyası” ilə “Murov Az Terminal” klubları üz-üzə gəliblər.

Qarşılaşma ikincilərin üstünlüyü ilə keçib. “Murov Az Terminal” hər üç setdə rəqibindən üstün olub – 3:0 (25:13, 26:24, 25:16).

Bu qalibiyyət sayəsində xallarının sayını 15-ə yüksəldən “Murov Az Terminal” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır. Hesabında 3 xal olan “Milli Aviasiya Akademiyası” isə beşincidir.

Qeyd edək ki, VII turun bu gün keçirilən digər oyununda “Azərreyl” “Gəncə”ni 3:0 hesabı ilə məğlub edib.

Geri qayıt