Qelebə.az / Rusiya Futbol İttifaqı Asiya zonasına keçməkdən imtina edib

Rusiya Futbol İttifaqı Asiya zonasına keçməkdən imtina edib

20-12-2023, 15:31

Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi 2023-cü ilin yekun iclasında Asiya Futbol Konfederasiyasında çıxış etmək varinatını müzakirə edib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, qurumun üzvləri FIFA-nın zəmanəti olmadan bunu gerçəkləşdirməyin mənasız olduğunu bildiriblər.

Qurum UEFA vasitəsilə beynəlxalq yarışlara qayıtmaq üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralında Ukrayna ilə müharibəyə görə UEFA və FIFA-nın bayrağı altında keçirilən bütün turnirlərdən kənarlaşdırılıblar.

Geri qayıt