Qelebə.az / İngiltərə millisi tarixinin ən yaxşı baş məşqçiləri bəlli olub

İngiltərə millisi tarixinin ən yaxşı baş məşqçiləri bəlli olub

26-12-2023, 09:08

Futbol üzrə İngiltərə millisi tarixinin ən yaxşı baş məşqçiləri açıqlanıb.

"QELEBE.AZ" xəbər verir ki, "FourFourTwo" nəşrinin versiyasına əsasən, Alf Ramsey ilk pillədə qərarlaşıb.

O, 1966-cı ildə yığma ilə dünya çempionatının qalibi olub. Bu, İngiltərənin mundiallarda ilk və yeganə tituludur. Komandanın hazırkı baş məşqçisi, 2016-cı ildən bu postda olan Qaret Sautgeyt ikinci sıradadır.

1982-1990-cı illərdə millidə işləmiş Bobbi Robson ilk "3-lüy"ü qapayır. Terri Veneybls (1994-1996) dördüncü, Sven-Yoran Erikson (2001-2006) beşinci olub.

Ümumi siyahıda 15 mütəxəssis yer alıb. 2008-ci ildə AVRO-2008-ə vəsiqə qazana bilməyən Stiv Maklaren sonuncu pilləni tutub.

Geri qayıt