Qelebə.az / Fərid Qayıbov: "Voleybol Federasiyasındakı dəyişiklikdən sonra qısa müddət ərzində çoxlu işlər görülüb"

Fərid Qayıbov: "Voleybol Federasiyasındakı dəyişiklikdən sonra qısa müddət ərzində çoxlu işlər görülüb"

27-12-2023, 10:13

"Voleybol Federasiyasındakı dəyişiklikdən sonra qısa müddət ərzində çoxlu işlər görülüb".

"QELEBE.AZ"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.

O, bölgələrdə yeni voleybolçuların seçildiyini bildirib: "Bu, gələcəkdə milli komandanın formalaşması üçün önəmlidir. 2023-cü il bizim üçün uğurlu idi. 30 ildən sonra Xankəndiyə qayıtdıq. Oradakı futbol oyunu ən vacib idman tədbiri idi. Qarşıdakı bayramlarınızı da təbrik edirəm. Yeni ilə yaxşı nəticələrlə gedirik".

Geri qayıt