İspaniyanın "Real" klubu baş məşqçisi Karlo Ançelottinin müqaviləsinin müddətini 2024-cü ilin yanvarında uzatmaq istəyir.
"Report" xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilib ki, rəhbərlik 64 yaşlı mütəxəssisin nəticələrindən razıdır və İspaniya Superkuboku turnirindən əvvəl onunla görüşməyi planlaşdırır. Yanvarın 10-dan əvvəl nəzərdə tutulan toplantıda sözləşmənin uzadılması müzakirə olunacaq.
İtaliyalı baş məşqçi də 2024/2025 mövsümündə Madrid təmsilçisinin "sükanı arxasında" olmaq niyyətindədir.
Qeyd edək ki, "Real" 18 turdan sonra 45 xalla La Liqada liderdir. İkinci sıradakı "Jirona" da eyni xala malikdir.