Qelebə.az / Azərbaycanın futbol hakimlərinin Türkiyədəki təlim-məşq toplanışının tarixi dəqiqləşib

Azərbaycanın futbol hakimlərinin Türkiyədəki təlim-məşq toplanışının tarixi dəqiqləşib

28-12-2023, 17:19

Azərbaycanın futbol hakimlərinin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcəyi dəqiqləşib.

Bu barədə “QELEBE.AZ”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, hazırlıq prosesi yanvarın 8-də başlayacaq və 10 gün davam edəcək.

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyasından sonra ədalət təmsilçiləri ölkə xaricinə çıxmayıblar.

Geri qayıt