Qelebə.az / Azərbaycanın cüdo yığmasının dünya çempionatındakı medal sıralamasında mövqeyi bəlli olub

Azərbaycanın cüdo yığmasının dünya çempionatındakı medal sıralamasında mövqeyi bəlli olub

12-10-2022, 18:28

Cüdo üzrə Azərbaycan millisinin Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında medal sıralamasındakı mövqeyi bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, fərdi mübarizəni 2 bürünc medalla başa vuran yığma yekunda 17-ci yeri tutub.

Mundialda 12 medal (5 qızıl, 4 gümüş, 3 bürünc) qazanan Yaponiya komanda hesabında çempion olub. 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edən Braziliya 2-ci yerlə kifayətlənib. İlk "3-lüy"ü 2 qızıl medalla təşkilatçı ölkə tamamlayıb.

Qeyd edək ki, Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb. Dünya çempionatına oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Geri qayıt