Qelebə.az / "Braqa" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

"Braqa" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

19-02-2024, 09:05

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, Artur Jorjenin baş məşqçisi olduğu kollektiv XXII turda "Farense"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1. "Braqa"nın qollarını 62-ci dəqiqədə Simon Banza, 85-ci dəqiqədə Çer Ndur vurublar. Qonaqların heyətində Mohamed Bellumi 74-cü dəqiqədə fərqlənib.

"Braqa" 43 xalla 4-cü, "Farense" 26 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsinin ilk oyununda səfərdə qələbə qazanıb - 4:2. Cavab görüşü fevralın 22-də reallaşacaq.

Geri qayıt