Qelebə.az / Azərbaycan atleti Avropa Kubokunda 4-cü yeri tutub

Azərbaycan atleti Avropa Kubokunda 4-cü yeri tutub

10-03-2024, 21:09

Azərbaycan atleti Anna Skidan Portuqaliyanın Leiria şəhərində keçirilən Avropa Kubokunda 4-cü yeri tutub.

“QELEBE.AZ”un məlumatına görə, 31 yaşlı idmançı çəkicatma yarışında bunu reallaşdırıb.

O, 70.43 m nəticə göstərib. Bu növdə ümumilikdə 26 atlet çıxış edib.

Qeyd edək ki, Anna Skidan Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı 2023-cü ildə qazanıb.

Geri qayıt