Qelebə.az / "Qəbələ"nin sabiq baş məşqçisi: Heç bir klubla danışığım olmayıb

"Qəbələ"nin sabiq baş məşqçisi: Heç bir klubla danışığım olmayıb

18-03-2024, 14:35

Heç bir klub və ya nümayəndə ilə danışıq, görüş gerçəkləşməyib.

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

43 yaşlı mütəxəssis hazırda gözləmə mövqeyində olduğunu bildirib: "Xeyirlisi nədirsə, o da olacaq".

Baxşıyev Premyer Liqanı daim diqqət mərkəzində saxladığını və bütün çempionat matçlarını izlədiyini vurğulayıb. O, sabiq klubu "Qəbələ" haqqında çox danışmaq istəməyib: "Sadəcə, komandaya uğurlar arzulayıram".

Qeyd edək ki, Elmar Baxşıyev 2019-cu ilin avqustundan "Qəbələ"nin "sükanı arxasında" olub. Cari il fevralın 24-də istefa verən mütəxəssis 2022/2023 mövsümündə komanda ilə Azərbaycan Kubokunu qazanıb. Baxşıyevi bu postda Kaxaber Tsxadadze əvəzləyib.

Geri qayıt