Qelebə.az / Akademik avarçəkmə üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək

Akademik avarçəkmə üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək

20-03-2024, 15:21

Akademik avarçəkmə üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək.

“QELEBE.AZ” xəbər verir ki, idmançılarımı İtaliyada təşkil olunacaq ənənəvi “Paolo De Aloya” reqatasında mübarizə aparacaqlar.

22-24 mart tarixlərində baş tutacaq yarışda Azərbaycanı Ziya Məmmədzadə, Bəhmən Nəsiri, Diana Dımçenko və Murad Sadıqov təmsil edəcəklər. Avarçəkənlər 1 nəfərlik qayıqda qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Diana Dımçenko 2023-cü ildə keçirilən “Paolo De Aloya” reqatasında qızıl medal qazanıb.

Geri qayıt