Qelebə.az / “Kəpəz”in baş məşqçisi: Komandalar “Qarabağ”a öz aqressivliyini göstərməlidirlər

“Kəpəz”in baş məşqçisi: Komandalar “Qarabağ”a öz aqressivliyini göstərməlidirlər

29-03-2024, 21:26

“Bu gün sanki hər kəs “Qarabağ”ı qoruyur. Komandalar bu rəqibə öz aqressivliyini göstərməlidirlər”.

“Report” xəbər verir ki, bu fikirləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Qarabağ”a 1:6 hesabı ilə uduzduqları Premyer Liqanın XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis rəqibi çempion olması münasibətilə təbrik edib:

“Amma bu, bu gün üçündür. Daha irəli baxmalıyıq. Növbəti turlarda istəkli kollektiv olmalıyıq. Sona 8 tur qalmış komanda çempion oldusa, bu, sondur. Klublar gələcəkdə daha aqressiv çıxış etməlidirlər”.

Qeyd edək ki, “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib.

Geri qayıt