Qelebə.az / "Fulhem"in hücumçusu Premyer Liqada martın ən yaxşı oyunçusu seçilib

"Fulhem"in hücumçusu Premyer Liqada martın ən yaxşı oyunçusu seçilib

12-04-2024, 15:34

"Fulhem" klubunun hücumçusu Rodriqo Munis İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu seçilib.

“Report” xəbər verir ki, braziliyalı forvard ötən ay Premyer Liqada meydana çıxdığı 4 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Braziliyanın “Flamenqo” klubunun yetirməsi olan Munis 2021-ci ildən “Fulhem”də çıxış edir.

Geri qayıt