Qelebə.az / Premyer Liqa: "Səbail" – "Kəpəz" matçında məhsuldar bərabərlik qeydə alınıb 

Premyer Liqa: "Səbail" – "Kəpəz" matçında məhsuldar bərabərlik qeydə alınıb 

14-04-2024, 18:34

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun oyunları çərçivəsində "Səbail" "Kəpəz"lə qarşılaşıb.

"QELEBE.AZ" xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da keçirilib.

Gərgin mübarizə şəraitində keçən matçda məhsuldar heç-heçə qeydə alınıb. Gəncəlilər fasiləyə 2:0 hesabı ilə üstün yollanıb. Lakin Şahin Diniyevin komandası ikinci hissədə geridönüş edərək 3:2 hesabı ilə önə keçib. Oyunun sonuna artırılan dəqiqələrdə isə bərabərlik qolunu vuran "Kəpəz" futbolçuları yekun hesabı müəyyənləşdiriblər - 3:3.

Bu nəticənin ardından bakılılar xal ehtiyatını 39-a, "sarı göylər" isə 31-ə çatdırıb.

Qeyd edək ki, turun son matçında "Sabah" evdə "Qarabağ"la üz-üzə gələcək.

Geri qayıt