Qelebə.az / Azərbaycanlı idmançı bilyard üzrə Avropa çempionu olub

Azərbaycanlı idmançı bilyard üzrə Avropa çempionu olub

17-04-2024, 11:29

Azərbaycan idmançısı bilyard üzrə Avropa çempionu olub.

Bu barədə "Report"a Azərbaycan Bilyard Federasiyasından məlumat verilib.

Moldovanın Kişinyov şəhərində keçirilən bilyardın piramida növü üzrə Avropa çempionatında həmyerlimiz Tofiq Quliyev 7 ölkədən 70 rəqibinə qalib gələrək çempion olub.

2-ci yeri ukraynalı Dmitro Pokotilski tutub. Digər təmsilçimiz Niyazi Xələfov isə 3-cü yerlə kifayətlənib.

Geri qayıt