Qelebə.az / Acun Ilıcalının sahibi olduğu klubun baş məşqçisi qovulub

Acun Ilıcalının sahibi olduğu klubun baş məşqçisi qovulub

7-05-2024, 17:52

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin Çempionşip təmsilçisi "Hall Siti" baş məşqçisi Liam Rosenyorla yollarını ayırıb.

"Report" "Hull Live"yə istinadən xəbər verir ki, son olaraq 46-cı turda "Plimut"a səfərdə məğlub olan (0:1) "pələnglər" 39 yaşlı mütəxəssisi istefaya göndəriblər.

Mövsümü 70 xalla 7-ci pillədə başa vuran komanda pley-offdan kənarda qalıb.

Qeyd edək ki, L.Rosenyor 2022-ci ildən "Hall Siti"yə başçılıq edirdi.

Geri qayıt