Qelebə.az / Renat Dadaşov Superliqada vurduğu qələbə qolunu Hataya həsr edib

Renat Dadaşov Superliqada vurduğu qələbə qolunu Hataya həsr edib

13-05-2024, 10:09

Bu, Hatay üçündür.

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.

"Hatayspor"da çıxış edən 24 yaşlı hücumçu Türkiyə Superliqasının XXXVI turunda, "Ankaragücü" ilə oyunun (2:1) 90-cı dəqiqəsində fərqlənərək qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, Hatay təmsilçisi 37 xalla 18-ci pillədə qərarlaşıb. Komanda şəhərdəki zəlzələdən sonra ev oyunlarını Mersində keçirir. Dadaşov ötən il İsveçrə təmsilçisi "Qrasshopper"dən "Hatayspor"a icarəyə verilib.

Geri qayıt