Qelebə.az / Azərbaycan Basketbol Liqası: Üçüncü yer uğrunda oyun keçirilib

Azərbaycan Basketbol Liqası: Üçüncü yer uğrunda oyun keçirilib

15-05-2024, 21:10

Azərbaycan Basketbol Liqasında həlledici mərhələyə start verilib.

"QELEBE.AZ"un məlumatına görə, "Xırdalan" və "NTD-İndiqo" komandaları üçüncü yer uğrunda oyunda üz-üzə gəliblər.

"Sərhədçi" İdman Mərkəzində reallaşan qarşılaşma 95:79 hesabı ilə ikincilərin xeyrinə başa çatıb.

Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də gerçəkləşəcək.

Qeyd edək ki, sabah final seriyasının ilk oyununda "Xəzri" və "Sabah" kollektivləri qarşılaşacaqlar.

Geri qayıt