Qelebə.az / Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə bu gün ilk matçını keçirəcək

Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə bu gün ilk matçını keçirəcək

16-05-2024, 09:41

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə startı veriləcək Mərkəzi Asiyanın Açıq Çempionatında bu gün ilk matçını keçirəcək.

“Report” xəbər verir ki, təmsilçimiz saat 10:30-da yerli OKMK klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, mayın 21-dək davam edəcək yarışda 9 komanda mübarizə aparacaq. Turnirdə yığmamızla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan təmsilçiləri mükafatlar uğurunda yarışacaq. Millimiz Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubları ilə birgə A qrupunda mübarizə aparacaq.

Qrup mərhələsində ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcək.

Geri qayıt