Qelebə.az / "Qəbələ" klubunun futbolçusu qərarını yayda verəcək

"Qəbələ" klubunun futbolçusu qərarını yayda verəcək

17-05-2024, 12:07

“Qəbələ” klubunun futbolçusu Murad Musayev komandada qalıb-qalmayacağı ilə bağlı qərarını yayda verəcək.

Müdafiəçi “Report”a açıqlamasında növbəti mövsümdən I Liqada çıxış edəcək bölgə təmsilçisini tərk edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

O, hələ konkret qərar vermədiyini, təklifləri Azərbaycan çempionatı başa çatdıqdan sonra dəyərləndirəcəyini söyləyib: “Hazırda konkret bir qərara gəlməmişəm. Qarşıda iki tur var. Oyunlar bitsin, inşallah, daha sonra təklifləri dəyərləndirəcəm. Əlbəttə, hazırkı vəziyyətdə “Qəbələ”nin büdcəsi aşağıdır. Ən uyğun və düzgün olan nədirsə, ona uyğun addım atacağam. Gələcək təkliflərə görə hərəkət edəcəm”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin mayın 13-də baş tutan iclasında idman prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb. Bununla da Azərbaycan Premyer Liqasında sonuncu pilləni tutan komandanın, yəni "Qəbələ"nin I Liqaya düşəcəyi dəqiqləşib. I Liqanın çempionu isə yeni mövsümdən ölkənin əsas çempionatında çıxış edəcək.

Geri qayıt