Qelebə.az / Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb

Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb

24-05-2024, 10:42

Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda təşkil olunan II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 57 kq çəkidə qüvvəsini sınayan idmançı 1/32 finalda Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb.

Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.

O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 9 boksçu ilə təmsil olunur.

Geri qayıt