Qelebə.az / Azərbaycanın voleybol millisi dördüncü oyunda da məğlub olub

Azərbaycanın voleybol millisi dördüncü oyunda da məğlub olub

25-05-2024, 21:20

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, yığma II turun ikinci matçında Şimali Makedoniya komandası ilə üz-üzə gəlib.

Belçikadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0 (25:17, 25:17, 25:18).

Ötən gün meydan sahiblərinə yenilən (0:3) milli Bakıdakı I turda Rumıniya və Ukraynaya da eyni hesabla uduzub. Komanda hazırda sonuncu - 12-ci yerdədir.

Geri qayıt