Qelebə.az / Həndbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub

Həndbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub

29-05-2024, 09:35

Kişi həndbolçular arasında Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Azərbaycan Həndbol Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, yarımfinalda "Azəryol" komandası "Dinamo" ilə, "Bakı" isə "Qarabağ"la üz-üzə gəlib.

"AHF Arena"da keçirilən görüşlərdə "Azəryol" "Dinamo" üzərində 45:28 hesablı qələbə qazanıb. "Bakı" isə "Qarabağ"ı məğlub edib - 34:28.

Beləliklə, finalda "Bakı" və "Azəryol" komandaları qarşılaşacaq. Həlledici oyun mayın 30-da keçiriləcək.

Geri qayıt