Qelebə.az / Azərbaycanın amputant komandası ikinci oyunda da məğlub olub

Azərbaycanın amputant komandası ikinci oyunda da məğlub olub

3-06-2024, 15:21

Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında ikinci matçına çıxıb.

"Report"un məlumatına görə, yığma Türkiyə kollektivi ilə üz-üzə gəlib.

C qrupundakı qarşılaşma rəqibin 12:1 hesablı qələbəsi ilə bitib.

Qardaş ölkə təmsilçisi ötən gün İsraili 6 cavabsız qolla üstələyib. Azərbaycan komandası isə İrlandiyaya yenilib - 0:1.

Geri qayıt