Qelebə.az / Azərbaycan minifutbol millisinin üzvü: Avropa çempionatında sonadək vuruşmalıyıq

Azərbaycan minifutbol millisinin üzvü: Avropa çempionatında sonadək vuruşmalıyıq

5-06-2024, 11:50

Sonadək vuruşmalıyıq. Bu il də Avropa çempionu olmaq istəyirik.

Bunu "Report"a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Ramiz Çovdarov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yarışla bağlı danışarkən deyib.

Oyunçu F qrupunu 9 xalla birinci pillədə başa vurmalarına toxunub: "Bunun üçün çalışırdıq. Artıq fikrimizi 1/8 final matçına yönəltmişik. Ancaq irəli baxmaq lazımdır. Rəqibin hansı komanda olmasının bizim üçün fərqi yoxdur".

Qeyd edək ki, yığma 1/8 finalda bu gün Bolqarıstanla qarşılaşacaq. Oyunun start fiti saat 19:30-da səsləndiriləcək.

Geri qayıt